Eyyub Yaqubov 50-yə çatdı

Eyyub Yaqubov 50-yə çatdı
1975 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün əməkdar artist Eyyub Yaqubovun 50 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, müğənni 1965-ci ildə Bakı şəhəri Bayıl qəsəbəsində anadan olub. İlk təhsilini 49 saylı orta məktəbdə alıb. 1980-ci ildə o, Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifinə daxil olub.

Texnikumda oxumaqla yanaşı ifaçı Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında pianoçu işləyib. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edib.

Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı E.Yaqubov xalq musiqisini də öyrənib. Müğənni xüsusi ilə köhnə Bakının küçə mahnılarının vurğunu olub.

1992-ci ildə ailə qurub. Zakir adlı bir oğlu var.

1992-ci ildən etibarən tanınmağa başlayıb. Bir çox sevilən mahnıların müəllifidir.