Metroda yeni aparatlar quraşdırılır - Bakıda

Metroda yeni aparatlar quraşdırılır - Bakıda
3212 dəfə oxunub
  • A-
  • A
  • A+
 “Bakı Metropoliteni” QSC-nin metrostansiyalarında hesabın doldurulması və keçid üçün yeni terminal və turniketlərin quraşdırılmasına başlanıb.

Axşam.az "Report"-a istinadən xəbər verir ki, hazırda Metropolitenin 20 Yanvar stansiyasında yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir.

Məlumata görə, yeni kartın qiyməti 2 manat olacaq və onlar ilkin mərhələdə hazırda istismarda olan kartlarla yanaşı istifadə ediləcək. Sonrakı mərhələdə köhnə kartlar vətəndaşlardan təhvil alınacaq.