Qaynar.info 8 yaşında!

Qaynar.info 8 yaşında!
1638 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanın populyar xəbər portalı Qaynar.info-nun 8 yaşı tamam olur.

Azərbaycandilli xəbər portalları içində ən qocamanı olan Qaynar.info-nun əsası 25 aprel 2007-ci il tarixində qoyulub.

Yarandığı ilk gündən müstəqilliyini və obyektivliyini qoruyan Qaynar.info cəmiyyətin bütün təbəqələrinin tribunası olmağı hədəfləyib və bu illər ərzində prinsiplərinə sadiq qalmağı bacarıb.

Ölkənin informasiya məkanında əhəmiyyətli mövqeyə malik olan Qaynar.info bütün çətinliklərə rəğmən inkişaf etməyə və böyüməyə davam edib.

Artıq "Qaynar-Media" çətiri altında bir neçə sayt fəaliyyət göstərir. Bunlara iqtisadi təmayüllü 365.Az, idman portalı Sport7.Az, ədəbiyyat saytı Edebiyyat.Biz, e-ticarət trendləri Vitrin.Az, Alokitab.Az və başqalarını göstərmək olar.

Qeyd edək ki, portalın təsisçisi və ilk baş redaktoru yazar Zahir Əzəmət olub. Sonrakı dövrlərdə portala Fərid Şahbazlı və Şəmşad Ağa rəhbərlik edib.

Hal-hazırda portal yenidən Zahir Əzəmətin baş redaktorluğu ilə fəaliyyət göstərir.