“O, həyatımda canlı meyitdir”- İlhamə

“O, həyatımda canlı meyitdir”- İlhamə
4826 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti İlhamə Quliyeva həmkarı Flora Kərimovanın onun haqda səsləndirdiyi sərt fikirlərə münasibət bildirib.

Axşam.az-ın "qafqazinfo"ya istinadən məlumatına görə, müğənni bildirib ki, Kərimovanın fikirləri onun üçün əhəmiyyətsizdir:

"Canı sağ olsun. Elə şeylər vecimə deyil. Hansı siyasətdən danışır? Flora ilə hansı siyasət işlətmək olar? Floranın öz, mənim də öz siyasətim var. O, mənim haqqımda yaxşı danışmışdı, mən də yaxşı cavab verdim. O sözləri işlətmək mənim böyüklüyümdür, mədəniyyətimdir, yüksək səviyyəli insan olmağımdır. Floranın fikri mənim həyatımda heç bir əhəmiyyət kəsb etmir, o şəxs həyatımda canlı meyitdir. Heç vaxt aramızda barışıq ola bilməz. Sadəcə verilişdə haqqımda xoş sözlər işlətmişdi. Mən də o tərzdə cavab verdim. Əgər qanmayıbsa, deməli, qanmaz olaraq qalıb".

Qeyd edək ki, İlhamə Quliyeva "A-dan Z-yə verilişində Flora Kərimovanı sənətkar adlandırmışdı. Flora Kərimova isə cavabında İlhamə Quliyevanı sənətkar saymadığını, həmkarının siyasi oyun işlətdiyini bildirmişdi.