"Bronze make-up" üçün məsləhətlər

"Bronze make-up" üçün məsləhətlər
1991 dəfə oxunub
  • A-
  • A
  • A+

Günəşdə qaralma effekti yaratmaq həmişə uğurludur: o, dərini canlı və təravətli göstərir. Lakin bunu elə etmək lazımdır ki, makiyaj üzdə ifrat dərəcədə görünməsin. Necə?

Axşam.az xarici mətbuata istinadən "bronze make-up" üçün məsləhətlər təqdim edir:

1. Əvvəlcə gözün alt hissəsinə, burun və dodağın kənarlarına açıq rəngli korrektor çəkin.
 
2. «Bronze» makiyaj üçün sizə dəri rəngindən 2 dəfə tünd, yağlı olmayan tonal krem lazımdır. Üzünüzün digər hissələrinə tonal krem çəkin.
 
3. Burunun üstünə və çənəyə tünd kirşan çəkin.

4. Əgər makiyajınızın təbii görünməsini istəyirsinizsə, onda gözün üstünü qara göz kölgəsi ilə solğun şəkildə rəngləyin.
 
5. Tuşu yalnız üst kirpiklərinizə çəkin.
 
6. Yanaqlarına kərpic rəngli ənlik vurun. Ənlik parıltılı olsa makiyaj daha təbii görünər.

7. Sonda rəngsiz dodaq parıltısını istifadə edin.

8. «Bronze make up» zamanı göz qələmindən istifadə etmək olmaz.