“Pyer Rişarla Van Dam da Mir Mövsüm Ağa ziyarətgahına gəliblər”

“Pyer Rişarla Van Dam da Mir Mövsüm Ağa ziyarətgahına gəliblər”
5324 dəfə oxunub
  • A-
  • A
  • A+
Mir Mövsüm Ağa ziyarətgahının sədri Hacı Nizam Həbiboğlu modern.az saytına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, dini ocağın yaranma tarixindən söz açan N.Həbiboğlu bura dünya ulduzlarının da ziyarətə gəldiklərini bildirib:

“Ağa Seyid Əli haqqında çoxlu əfsanələr, şahidlərin xatirələri var. Bu xatirələri danışanlar təkcə müsəlmanlar deyil, hələ o zamandan beynəlmiləl şəhər olan Bakının müxtəlif dinlərə və millətlərə məxusus olan vətəndaşları da var. Bu məkan Seyidin ruhuna ehtiramın və hörmətin izhar edildiyi bir ocağa çevrildiyindən və Seyidin hikmətlərini görənlərin sayı-hesabı olmadığından onun hikmətinə toplanan insanlar da təkcə ölkəmizdən deyil, xaricdən də gəlirlər. Amma mən sizə bir məqamı da deyim, Seyidin yaşadığı o müqəddəs məkana ulu öndərimiz Heydər Əliyevin öz anası ilə ziyarətə gəldiyi də bizlərə məlumdur. Bunu Heydər Əliyev Seyidlə bağlı xatirələrində dilə gətirib. Bu ziyarətgaha möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı, mərhəmətli xeyriyyəçi insan Mehriban xanım da dəfələrlə gəlib ziyarətlərini ediblər. Ziyarətgahımızın ən dəyərli nəzirini də bu ocağa Mehriban xanım bağışlayıb. Ağanın rəsminin əks olunduğu möhtəşəm xalça ziyarətgahın bəzəyi, Ağanın ruhuna ehtiramın ifadəsidir. Sizə deyim ki, bu şəfalı və Allahın böyük inayət etdiyi qəbri hətta Pyer Rişar və Jan Klod Van Dam kimi dünya ulduzları da ziyarət edib".