Nəbahət Çehrədən Kıvanç Tatlıtuğ etirafı

Nəbahət Çehrədən Kıvanç Tatlıtuğ etirafı
4920 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Nəbahət Çehrə fanatları ilə görüşüb.

Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, o, sualları cavablandırarkən "Aşkı Memnu" serialında bir yerdə çəkildiyi aktyor Kıvanç Tatlıtuğ haqda da danışıb:

"Kıvançı çox bəyənirəm. Onsuz da yaraşıqlılığı hamı tərəfindən qəbul edilib. Amma onun aktyor kimi bacarığı yaraşıqlı olmasını üstələyir. Bacarıqlı və üzərində çalışan biridir".

Aktrisa mərhum həyat yoldaşı, rejissor Yılmaz Güney barədə də fikirlərini bölüşüb:

"Yılmaz mənim üçün bir məktəbdir. O, həyat yoldaşım deyil, müəllimim idi. Filmə aid bir çox şey kimi, həyatı da ondan öyrənmişəm".