Bakıda şadlıq evində “gəlinin döyülməsi”nin səbəbi

Bakıda şadlıq evində “gəlinin döyülməsi”nin səbəbi
11428 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 25-i  Bakı şəhər Nizami rayonu ərazisində yerləşən “Xudafərin” şadlıq sarayında baş vermiş dava-dalaşın əsl səbəbi üzə çıxıb.

Axşam.az xəbər verir ki, adisə baş verən vaxt ərazi üzrə xidmətdə olan Nizami rayon Polis İdarəsi 24-cü Polis Bölməsinin təhqiqatçısı Rövşən Rəhimli Lent.az-a açıqlamasında bildirib ki, dava-dalaş kütləvi xarakter alsa da, hər hansı xəsarət alan olmayıb. Polis zabiti  əlavə edib ki, onlar şadlıq sarayına gələndə artıq sakitlik yaranıbmış:
 
“Hadisənin baş verməsinə səbəb sifariş edilmiş mahnı olub. Bəy gəlinin atasının sifariş verdiyi mahnıya etiraz edib. Bundan sonra daha çox şəxs narazılığa qoşulub. Olay böyüyüb, toy yarımçıq saxlanılıb. Amma sonra söz-söhbət yoluna qoyuldu, elə bəy də gəlinlə birgə evlərinə yola düşdülər”.
 
Təhqiqatçı qeyd edib ki, xəsarət alan olmadığından məsələ heç polis bölməsində də araşdırılmır:
 
“Bu, elə bir hadisə deyil ki, böyük araşdırma tələb etsin. Ona görə də sahə inspektorunun icraatına verilib. Yaxın günlərdə toyun videolenti təqdim olunacaq və ona baxdıqdan sonra məsələ tam aydınlaşacaq”.
 
Qeyd edək ki, şadlıq sarayına polis çağırıldığı üçün sifarişçilər məclisin pulunu ödəməkdən imtina ediblər. Sonra razılaşma əldə olunub, "Xudafərin" şadlıq sarayı pulun tam və ya qismən ödənilməsi barədə məlumat vermək istəməyib.

Onu da qeyd edək ki, gəlinin atası toyun keçirildiyi şadlıq evinin administratorudur.