Sima səhv başa düşülüncə tənqid olundu - videolar

Sima səhv başa düşülüncə tənqid olundu - videolar
12849 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı iştirakçı Sima Şərəffətdinova "İşte benim stilim"də səhv başa düşüldüyü üçün mübahisə yaranıb.

Axşam.az-ın məlumatına görə, həmyerlimiz iştirakçıların ailə dramlarını podiumda danışdıqlarına işarə edərək "Mən də çıxıb "atam-anam burada deyil" deyə bilərəm" şəklində fikrini ifadə etmək istəsə də, cümləsi daha kobud və səhv başa düşülüb.

Ardından iştirakçılar və münsiflər Simanı tənqid ediblər. Onlar "burada ata-anasını itirən adamlar var, onlara hörmətsizlik edirsən" deyiblər.

S.Şərəffətdinova səhv başa düşüldüyünü izah etmək istəsə də, göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, TV8-in sevilən dəb proqramının münsiflər kürsüsündə modelyer Nur Yerlitaş, model İvana Sert və stilist Kamal Doğulu oturur.

Videonun 10-cu dəqiqəsindən həmin mübahisəni izləyə bilərsiniz.



Simanın podiumdakı çıxışı