Beyons "Əsrin döyüşü"nə bu geyimdə qatıldı - fotolar

Beyons "Əsrin döyüşü"nə bu geyimdə qatıldı - fotolar
7616 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Las-Veqasda orta ağır çəkidə dünyanın iki məşhur boksçusunun qarşı-qarşıya gəldiyi möhtəşəm döyüş baş tutub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ABŞ-dan olan Mayvezer pakistanlı həmkarı Manni Pakyao üzərində 12 raunddan sonra qələbə qazanıb. Döyüşü izləmək üçün tribunada tanınmış simalar da yer alıblar.

Onların arasında Beyons, həyat yoldaşı Cey Zi, Cennifer Lopez və sevgilisi Kasper Smart, Castin Biber, Klint İstvud, Dryu Berrimor, Ben Afflek, Liv Şrayber, Con Voyt, Niki Mİnaj və başqa ulduzlar olub.

Müğənni Beyonsun geyimi isə xüsusi diqqət çəkib.