Əmrah Kıvançla Haliti geridə qoydu

Əmrah Kıvançla Haliti geridə qoydu
3301 dəfə oxunub
  • A-
  • A
  • A+
İllər sonra yeni bir serialla ekranlara dönməyə hazırlaşan müğənni Əmrah alacağı qonorarın məbləği ilə gündəmə çevrilib.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, sənətçi yeni layihəsindən seriyabaşına 120 min lirə (təxminən 46 min manat) əldə edəcək. Bununla da Kənan İmirzalıoğlu, Kıvanç Tatlıtuğ və Halit Ərgənçi geridə qoyan Əmrah ən yüksək qonorar alan aktyor zirvəsinə yüksəlib.

Qeyd edək ki, Kıvanç seriallardan bölümbaşına 70 min (təxminən 26 min manat), Kənanla Halit isə 60 min lirə (təxminən 23 min manat) qonorar alır.