Manaf Ağayev dünyasını dəyişən bacısından danışdı

Manaf Ağayev dünyasını dəyişən bacısından danışdı
2662 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Manaf Ağayev “Mənə bir az ondan danış” verilişində dünyasını dəyişən bacısından danışıb.

Axşam.az-ın məlumatına görə, göz yaşlarını saxlaya bilməyən sənətçi onun xəstəliyindən danışıb:

“Yasdayam, bacıma görə efirə çıxmırdım. Amma bizim sənət elədir ki, efirdən uzaqlaşmaq mümkün deyil. Bilsəm ki, bacım qayıdacaq sənəti ataram. Onu İsrailə, Türkiyəyə apardım. Dedilər 3 ay müalicə olunduqdan sonra donor lazımdır. Mən də ciyərimi verəcəkdim. Həkimlər deyirdi səndə piylənmə gedir. Bacıma görə arıqladım. O, ölümdən qorxmurdu. Ciyər ağrıları ağır olur. Ona görə ölmək istəyirdi. Elə həddə gəldi ki, şüurunu itirdi, heç kimi tanımırdı. Həkim dedi ki, üç gün ömrü qalıb. Qucaqlayıb ağladım. Dedi ağlama, bacı qardaşın çiynində gedər”.