Günay Musayeva Londonda podiuma çıxdı - fotolar+video

Günay Musayeva Londonda podiuma çıxdı -  fotolar+video
2695 dəfə oxunub
  • A-
  • A
  • A+

Londonda “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı modelyer Gülnarə Xəlilovanın milli kolleksiyası nümayiş olunub.

Axşam.az-ın məlumatına görə, moda nümayişi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən keçirilib.

Milli ornamentlərimiz və “Bakı-2015”in rəmzləri ilə bəzədilmiş geyimlər böyük maraqla qarşılanıb.
Nümayişin əsas siması model Günay Musayeva olub.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər. Tədbir çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən video çarx nümayiş olunub.