Sinem Kobal Arda Turana cavab verdi

Sinem Kobal Arda Turana cavab verdi
5357 dəfə oxunub
  • A-
  • A
  • A+
Futbolçu Arda Turanın İnstaqramda keçmiş sevgilisi, aktrisa Sinem Kobala işarə edərək öz imzasıyla sitat yazmasına cavab gəlib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Sinem "Bu qədər boş-boş danışan insanların arasına dilsiz olmaz inqilabdır" yazıb.

Qeyd edək ki, A.Turan aktrisanın həmkarı Kənan İmirzalıoğlu ilə evlilik xəbərinə "İnsanlar hesab edir ki, boğazımda bir şey qalıb. Amma biz yerə tüpürmürük ki, kimsə boğular" reaksiyasını vermişdi.