Şahzadə qızına anası Diananın adını verdi

Şahzadə qızına anası Diananın adını verdi
2411 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniya şahzadəsi Uilyam və Kembric hersoginyası Keyt Middltonun iki gün əvvəl dünyaya gələn uşaqlarının adı məlum olub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük qızlarının adını Şarlot Elizabet Diana qoyublar.

Ad həm kraliça Elizabetin, həm də 1997-ci ildə avtomobil qəzasında vəfat edən şahzadə Diananın şərəfinə qoyulub.

Qeyd edək ki, Uilyam və Keytin Georgi adlı oğulları da var.