Həbsxana yoxsa sanatoriya? - fotolar

Həbsxana yoxsa sanatoriya? - fotolar
3651 dəfə oxunub
  • A-
  • A
  • A+

Norveçdə yerləşən "Bastey prisson" adlı türmə şəraitinə görə digər həbsxanalardan kəskin şəkildə fərqlənir.

Qətl, narkotika ticarətçisi və digər maddələrlə həbs olunan 115 məhkumun bura hətta günəş vannası qəbul etmək şansları var.

Oslodan 75 kilometr uzaqlıqda bir adada yerləşən həbsxana 5 ildən çox cəzası olanları qəbul edir. Uzun müddətli məhkumları seçməkdə məqsəd isə onların daha çox adaptasiya olması və normal həyata uyğunlaşdırılması üçündür.

Təsadüfi deyil ki, burdan çıxanlar azad həyatda digər türmələrdən çıxanlarla müqayisədə daha yaxşı şərait qurub yaşaya bilirlər.

Burada hər səhər məhkumlar saat 8:30-da işə gedirlər, hər kəs öz sahəsində çalışaraq günə 10 dollar qazanırlar. İnsanlar bu həbsxananı şəraitinə və işçilərinin davranışına görə əsl islah evi və ya sanatoriya adlandırırlar.

Axşam.az Rusiya mediasna istinadən həmin həbsxanadan fotoları təqdim edir.