Röya sevənlərinə səsləndi

Röya sevənlərinə səsləndi
1714 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan yeni klip çəkdirir.

Axşam.az-ın məlumatına görə, ekran işi “Bakı-2015” Avropa Oyunlarına həsr olunub. İfaçı bu haqda sosial şəbəkədə yazıb.

O, klipdə pərəstişkarlarını da çəkəcəyini qeyd edib:

“Bu xəbər Azərbaycanı və məni sevənlər üçündür: Avropa Oyunları ilə bağlı klip çəkirik. Yanımda yer alsanız, klipi bir yerdə canlandırsaq, xoşbəxt olaram. Mənimlə bir klipdə oynamağa hazırsınız?”.

Qeyd edək ki, mahnının sözləri və musiqisi Muxtar Abseynova məxsusdur.