İlhamə: "Yorulmuşam, çalışmaq istəmirəm"

İlhamə: "Yorulmuşam, çalışmaq istəmirəm"
1348 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İlhamə Qasımova işləməkdən yorulub.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Yeri gəlmişkən” verilişində deyib.

O, ailədə xanımın çalışmasından bəhs edib:

“Özünə güvənməyən kişilər qadına etibar etmir. Özü kənarda başqa qadınlarla gəzir, ona görə də xanımına çalışmağı qadağan edir. İşgüzar qadının maaşı kişidən çox olmamalıdır. Yoxsa bəzi xanımlar kişinin başına vurur ki, mən evə səndən çox pul gətirdim. Kişi evin böyüyü olmalıdır. Çalışan qadın bəlli bir yaşdan sonra yorulur, evdə oturmaq istəyir. Bu yorğunluq məndə də var. Yorulmuşam, əvvəlki kimi çalışmağa can atmıram. Amma kişi yaşının sonuna kimi əlləşib-vuruşur. Buna görə də güclü cinsin nümayəndələrini alqışlamaq lazımdır”.