Vəfa Zeynalovanın qızı belə rəqs etdi - video

Vəfa Zeynalovanın qızı belə rəqs etdi -  video
4904 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vəfa Zeynalova əkizləri ilə “Gün üzü” verilişinə qatılıb.

Axşam.az-ın məlumatına görə, aktrisanın qızı Səbinə canlı yayımda rəqs edib. O, “Arşın mal alan” filmindən “Asiyanın ariyası”nı oynayıb.

Qızları Lalə və Səbinədən bəhs edən V.Zeynalova onlarla bağlı maraqlı açıqlamalar verib:

“Balaca vaxtı hərəkətləri eyni olurdu. Hətta eyni formada yatırdılar. Özüm hansının Lalə, hansının Səbinə olduğunu tapa bilmirdim. Hətta elə olub ki, balaca olanda birinə iki dəfə yemək vermişəm, o biri acından ağlayıb. Ən çox eyni rəngdə və formada oyuncaq üstündə dalaşırdılar. İndi xasiyyətləri dəyişib. Onları daha rahat ayırd edə bilirik”.