“Hər təklifə razıyam, çox pul da istəmirəm”

“Hər təklifə razıyam, çox pul da istəmirəm”
3619 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sərdar Ortaçın irlandiyalı model həyat yoldaşı Xloe Luqnan ərindən asılı olaraq yaşamaq istəmir.

Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, model özü pul qazanmaq istədiyini deyib:

“Sərdardan asılı olaraq yaşamaq istəmirəm. Modellik, aktrisalıq, aparıcılıq – hər təklifə razıyam. Elə böyük qonorar da tələb etmirəm”.

Qeyd edək ki, “Bu tarz benib” yarışmasının münsiflərindən olan X.Luqnan həftəyə 8 min lirə (təxminən 3 min manat) qonorar alırdı.