Halit Ərgənç Gəncədə qalmaqal salıb

Halit Ərgənç Gəncədə qalmaqal salıb
8705 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Halit Ərgənç Gəncə Beynəlxalq Hava Limanında qalmaqal salıb.

Axşam.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Habertürk” qəzeti yazıb. Nəşrin yazdığına əsasən, “Əli və Nino” filminin çəkilişi üçün Azərbaycana gələn H.Ərgənç hava limanına endikdən sonra viza məsələləri ilə bağlı bir müddət gözləməli olub:

"Vizanın verilməsi proseduru ləngidiyi üçün aktyor özündən çıxıb. Növbədə durmaqdan bezən H.Ərgənç etirazını qışqıraraq bildirib. O, işin sürətlənməsi üçün qışqır-bağır salmağa başlayıb. Hadisəyə müdaxilə etmək istəyən məsul şəxslər Ərgənçi tanıdıqdan sonra ondan üzr istəyiblər və aktyora viza verilməsi prosedurunu tezləşdiriblər”.

Qeyd edək ki, H.Ərgənç yazıçı Qurban Səidin "Əli və Nino" əsəri əsasında çəkilən eyniadlı filmdə Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin obrazını canlandırır.