Elnur parti keçirəcək

Elnur parti keçirəcək
1271 dəfə oxunub
  • A-
  • A
  • A+
Ölkəmizi bu il “Eurovision”da təmsil edəcək Elnur Hüseynov parti keçirəcək.

Axşam.az-ın məlumatına görə, bu haqda İstanbulda yaşayan ifaçının rəsmi "Facebook" səhifəsində yazılıb.

“Elnur “Eurovision” üçün Türkiyəni tərk etmədən əvvəl sevənlərinə sürpriz edəcək. Parti canlı olaraq “Facebook”, “Twitter”, “Youtube”də yayımlanacaq” deyə, məlumatda bildirilib.

Gecəni canlı izləyən tamaşaçılardan 20-si Vyanada  keçiriləcək “Eurovision”a bilet əldə etmək şansı qazanacaq. Partinin qonaqlarının adı gizli saxlanılır. Tədbir mayın 6-da İstanbulda baş tutacaq.

Qeyd edək ki, “Eurovison 2015”in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək. E.Hüseynov «Hour of the Wolf» mahnısı ilə Azərbaycanı təmsil edəcək.