İlham Əliyev "İnturist"in açılışında - fotolar

İlham Əliyev "İnturist"in açılışında -  fotolar
3278 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün  Bakıda “İnturist” otelinin açılışı olub.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva otelin açılışında iştirak ediblər.

Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə otel barədə ətraflı məlumat verilib. Bildirilib ki, beşulduzlu bu otel “Absheron Hotel Group”a aiddir. Yeni otel vaxtilə Bakıdakı “İnturist” mehmanxanasının arxitektura üslubunda inşa edilib. Bu mehmanxana nəinki Azərbaycanda, eləcə də keçmiş SSRİ-də çox məşhur idi. Yeni otel köhnə “İnturist” barədə xatirələri yaşatmaqla bərabər, nadir memarlıq quruluşu ilə diqqəti cəlb edir.

Qeyd edilib ki, beşmərtəbəli binada 150 standart və suit nömrə, həmçinin SPA salonu, kitabxana, iclas zalı və restoran var.

Dövlət başçısı oteldə yaradılmış şəraitlə tanış olub.

Sonra prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb.