Eldardan Elnurla bağlı açıqlama

Eldardan Elnurla bağlı  açıqlama
2415 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2011” qalibi Eldar Qasımov builki təmsilçimiz Elnur Hüseynovdan danışıb. 

Axşam.az-ın məlumatına görə, ifaçı onun səsləndirdiyi «Hour of the Wolf» mahnısını çox bəyəndiyini bildirib:

“Yerli müğənnilərimizdən əksəriyyətini tanımıram. Amma “Eurovision”a qatılan ifaçılarımıza qulaq asıram. Elnurun mahnısını çox bəyənirəm. Digər favoritim İslandiya, İsveç təmsilçiləridir. Bu iki mahnı çox xoşuma gəlir. Elnura dəstək üçün Vyanaya gedə bilməyəcəm. Çünki həmin ərəfədə Kiyevdə işlərim var.  İnanıram ki, hər şey çox gözəl keçəcək və Elnur ilk sıralarda yer alacaq”.

E.Qasımov E.Hüseynovun ikinci dəfə “Eurovision”a qatılmasına da münasibət bildirib:

“Bəzi iştirakçılar var ki, sözügedən müsabiqədə birinci, ikinci yeri tuturlar, öz sözlərini deyə bilmirlər. Amma elə iştirakçı olub ki, 25-ci yerdə qərarlaşsa da, sonradan məşhur olub. Elnur sonuncu dəfə müsabiqədə səkkizinci yeri tutub. Hələlik öz sözünü deməyib. İnanıram ki, bu il mahnısıyla sözünü deməyi bacaracaq. Mən ikinci dəfə yarışmaya qatılmazdım. Çünki ən yüksək zirvəni, birinci yeri tutdum. Mənim üçün o müsabiqə geridə qaldı. Hazırda isə tamaşaçıların diqqətini çəkmək üçün yeniliklər təqdim etməyə çalışıram”.

Foto: Ramin ASLANOV