Valideynlər bu videoya diqqətlə baxsınlar - uşaqlar belə oğurlanır

Valideynlər bu videoya diqqətlə baxsınlar - uşaqlar belə oğurlanır
3728 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış “Youtube” istifadəçisi Coey Salads yeni bir sosial çarx hazırlayıb.

Axşam.az-ın məlumatına görə, parkda valideynlərə yaxınlaşan Coey onlardan uşaqlarının tanımadıqları biri ilə gedib-getməyəcəyini soruşur.

Anaların əksəriyyəti övladlarına yad şəxslə heç bir yerə getməməyi tapşırdıqlarını desələr də, nəticə gözlənildiyi kimi olmur. Uşaqlara küçüyü ilə yaxınlaşan Coey onları aldadaraq özü ilə aparmağa müvəffəq olur.

Coey bununla da gündə bu və ya digər bəhanələrlə 700-dən çox uşağın oğurlanmasına diqqət çəkib və valideynlərə ehtiyatlı olmağı tövsiyə edib.