İranlı gənclərə qadağalar

İranlı gənclərə qadağalar
3492 dəfə oxunub
  • A-
  • A
  • A+
İran İslam Respublikası bundan sonra saçlarına dikşəkilli düzüm verənləri və döymə etdirənləri cəzalandıracaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qonşu ölkədə gənclər arasında geniş yayılan saç modeli və tatuaj “İslama uyğun olmayan Qərb dəyəri” adlandırılıb. İran Bərbərlər Birliyinin rəhbəri Mustafa Govahi “Şeytana sitayiş mənası daşıyan saç modelləri artıq qadağandır” deyib. Govahi bu cür saç kəsimləri edən salonların ciddi cəzalandırılacağını və lisenziyalarının əllərindən alınacağını sözlərinə əlavə edib.