“Banu Beauty Studio” 10 illiyini belə qeyd etdi - fotolar

“Banu Beauty Studio” 10 illiyini belə qeyd etdi - fotolar
6456 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən həftə “Banu Beauty Studio” gözəllik salonunun fəaliyyətə başlamasının 10 ili tamam olub.

Axşam.az xəbər verir ki, salon fəaliyyət dövrü ərzində gözəllik sahəsində xeyli uğur əldə edib.

Ən önəmlisi isə, öz xidmətilə müştərilərə dəstək və inam təmin edib, onların “Banu Beauty Studio”da yalnız arzuolunan qonaq deyil, uzun illərin dostlarına çevrilməsinə, salonda çalışan ustalar üçün isə praktiki olaraq ailə üzvlərindən biri olmalarına şərait yaradıb.

Salon açılışının 10-cü ildönümünü Sevinc Həsənovanın rəhbərliyi altında məşhur simaların və daimi müştərilərinin əhatəsində qeyd edib.

Dicey “Ronfoller”in musiqiləri yubileyin daha xoş aurada baş tutmasına imkan yaradıb.
Təntənəli ad günü mərasimində yalnız salonun daimi müştərilərinin təbrik və arzuları səsləndirilməyib, həmçinin mehribanlıq və sevinc atmosferi yaradılıb.

“Banu Beauty Studio”da bu cür işıqlı aura hər gün var – bunu salonun daimi müştəriləri bilirlər. Bu auranı isə peşəkar işçilərdən ibarət komanda, ən başlıcası isə, salonun sahibəsi Sevinc Həsənova yaradır.

“Banu Beauty Studio” müştərilərinə bərbər və kosmetik xidmətlərin bütün növlərini təklif edir. Salonda hər bir müştəri üçün fərdi yanaşma sərgilənir. Mərkəz hər gün saat 10:00-dan 20:00-dək xidmət göstərir.

Ünvan: Binəqədi rayonu, Naxçıvani küçəsi, 18 A.
Əlaqə: (+99412) 436-14-91.