Sadə və qlamur

Sadə və qlamur
4221 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər bir xanım makiyajla tamamilə dəyişmək istəyir. Amma əksər hallarda kosmetikadan çox istifadə edildiyini büruzə vermək istəmir. Sadə və bir o qədər də cəlbedici makiyajı hər bir xanım arzulayır.

Axşam.az xarici mətbuata istinadən sizi qlamur göstərəcək sadə makiyaj təqdim edir:

1. İstifadə edəcəyiniz tonal krem dəri rənginizdən çox az fərqlənməli və tünd olmalıdır.
 
2. Göz altına tonal kremdən fərqlənməyəcək rəngdə «vondaten» yayın.

3. Göz qapaqlarına azca qara kölgə çəkin. Çalışın, kölgə bütün göz üstünə yayılmasın, yalnız uc hissələrdə olsun.

4. Qaşın alt hissəsinə ağ kölgə əvəzinə kirşan çəkin. Beləcə, o daha təbii görünəcək.
 
5. Göz qələmini nazik çəkib, azca yayın.

6. İstifadə edəcəyiniz kirşan tonal kremlə eyni rəngdə olmalıdır.
 
7. Açıq-qəhvəyi ənliyi yalnız yanaqların üst hissəsinə çəkin.
 
8. Bu tip makiyajda tuşdan az istifadə edin.

9. Parıldadıcı əvəzinə, açıq-çəhrayı və mat dodaq boyası çəkin.