Gülay: "Hər gün gözəllik salonuna gedirəm" - fotolar

Gülay: "Hər gün gözəllik salonuna gedirəm" -  fotolar
12098 dəfə oxunub
  • A-
  • A
  • A+
“Özümə diqqət ayıran xanımam. Hər zaman formada olmağa, baxımlı görünməyə çalışıram. Bunun üçün də hər gün gözəllik salonuna gedirəm”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Gülay Zeynallı deyib.

“Günümün iki-üç saatı salonda keçir. Orada istirahət edirəm. Çünki qadın salonunda kişi yoxdur, rahat olursan. Manikür-pedikür, saç düzümü, makiyaj etdirirəm. Üz dərim təmiz olduğu üçün güclü qrimə ehtiyacım yoxdur. Hərdən özüm də evdə makiyaj edirəm. Amma saçım hər gün düzümdə olmalıdır. Bunu isə salonda daha səliqəli edirlər. Son üç aydır ki, salona pul ödəmirəm. Xidmət qarşılığında onları İnstaqram səhifəmdə reklam edirəm. Amma üç ay əvvələ kimi ödədiyim pulları yığsaydım, bir neçə mini keçərdi... Dərimə kosmetoloq köməyi ilə qulluq edirəm" - deyə, ifaçı bildirib.

G.Zeynallı son günlər kökəldiyini də etiraf edib:

“Çəkim 3 kiloqram artıb. İdmana getmirəm. Bu yaxınlarda Kamilin (həyat yoldaşı Kamil Zeynallı-red.) idman zalı açılacaq. Ondan sonra idmanla məşğul olacam”.

Foto: Azad BAĞIROV