Ağlamaqdan gözləriniz şişibsə...

Ağlamaqdan gözləriniz şişibsə...
3166 dəfə oxunub
  • A-
  • A
  • A+

Xanımlar üzlərində bəyənmədikləri bəzi qüsurları makiyaj vasitəsilə aradan qaldıra bilərlər.

Axşam.az xarici mətbuata istinadən makiyajla bağlı maraqlı məsləhətlər təqdim edir:

· Üst kirpiklərin dibinə bürünc qələm və ya göz kölgəsi çəkmək gözlərə parıltı verir.

· Əgər qaşlarınızın daha hündür görünməsini istəyirsinizsə, onda onun sınan hissəsinə gümüşü göz kölgəsi çəkin.
 
· Gözləri yaşıl olan xanımlar qəhvəyi rəngli göz kölgəsi çəksələr daha cazibədar görünərlər. 

. Əgər gözlərinizin daha cəlbedici olmasını və parıldamasını istəyirsinizsə, onda göz uclarına qırmızı kölgə çəkin.
 
. Dodaqlarınızın iri görünməsi üçün əvvəlcə ona parıltı, daha sonra dodaq boyası çəkin.
 
. Ağlamaqdan gözləriniz şişibsə, üstünə açıq-çəhrayı rəngli kölgə çəksəniz qızartı və şişkinliyi gizlədəcəksiniz.

. Əgər yorğunsunuzsa, onda ənliyi yanaqlarınızın bir az yuxarı hissəsinə çəkin.