"Yəqin mənim də ölməyimi gözləyirlər"

"Yəqin mənim də ölməyimi gözləyirlər"
2141 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sərdar Ortaç şəxsi həyatından danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, qumar oynadığı üçün sosial şəbəkələrdə onu qınayanlara sərt reaksiya göstərən ifaçı öləndən sonra qədrinin bilinəcəyini deyib:

“Sərdar Ortaçı xoşlamaya bilərsən. Həyat tərzini bəyənməməyin normaldır. Amma gizli şəkildə ayaqyolunda mənim mahnılarımı niyə dinləyirsən? Evləndim, adam oldum. Kayahanın ölümündən sonra ona həsr olunmuş albom internetdə 2 milyondan çox izlənildi. Yəqin mənim də ölməyimi gözləyirlər. Layiq olduğum qiymətin verilməsi üçün ölümümü istəyirlər. Amma mən asanlıqla dünyamı dəyişməyəcəm. Əcəlimlə ölmək qismət deyilsə, başıma gələnlərlə ayaqda duracam”.