Xərçəng xəstələrinin cavablarına ağladılar - video+fotolar

Xərçəng xəstələrinin cavablarına ağladılar - video+fotolar
4614 dəfə oxunub
  • A-
  • A
  • A+
"Association of Adolescents" şirkəti İspaniyada xərçəng xəstəliyindən əziyyət çəkən insanlarla bağlı qısa film hazırlayıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, videoda bir-birini görməyən, amma eşidən sağlam insanlar və xərçəng xəstələri eyni kameraya "son bir istəyiniz olsaydı, nə edərdiniz?" sualını cavablandırıblar. Xəstə olmayanlar "Nyu-Yorkda müxbirlik, Yunan adalarında istirahət, Sahara səhrasında gəzinti" deyərkən xəstəlikdən əziyyət çəkənlərin cavabları eşidənləri ağladıb.

Əlil arabasında olan 12 yaşlı bir uşaq "Əgər bir haqqım olsaydı gəzməyə çıxmaq istərdim" deyib. Digər cavablar da maraqlıdır:

"Məni hələ də sevindirən bir şey üzümə dəyən havanı hiss etməyimdir".
"Bir çiçəyin rənglərinə baxmaq istəyirəm"
"Dünyada xəstəliyin qalmadığını görmək istəyirəm"
"Ailəmin kədərlənmədən yaşamasını istəyirəm".

Bu cavablardan sonra sağlam insanlar öz verdikləri cavablardan utandıqlarını deyiblər. Layihənin məqsədi isə insanların sağlamlıqlarını düzgün qiymətləndirməsinə çağırışdır.