Kraliçanın həyatı serial olur

Kraliçanın həyatı serial olur
1175 dəfə oxunub
  • A-
  • A
  • A+

İngilis televiziya kanalı ITV Birlşmiş Krallıq tarixində ən uzun müddət hökm sürmüş Kraliça Viktoriya haqqında serial çəkir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, kraliçanın həyatının ilk çağları "Victoria" adıyla təqdim olunacaq. Səkkiz saat planlaşdırılan ekran işi 63 il 7 ay hökm sürən Vikoriyanın 1837-ci ildə, 18 yaşında taxta çıxması haqda olacaq.

Kanalın dram direktoru Stiv Novembe ilk dəfə baş verənləri kraliçanın gözündən göstərəcəklərini deyib. Yayda çəkilişləri başlayacaq serialın aktyor heyəti hələ ki məlum deyil.