Canlı efirdə qalmaqal: aparıcı öz verilişini tərk etdi - video

Canlı efirdə qalmaqal: aparıcı öz verilişini tərk etdi - video
2794 dəfə oxunub
  • A-
  • A
  • A+
“TV EM”də yayımlanan “Kim haqlı, kim haqsız” verilişində qalmaqal yaşanıb.

Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, aparıcılar Ayşə Özgünlə Tuba Əkinçi arasında mübahisə düşüb. Tubanın 3 il əvvəl "Altın Kelebek" mükafatlandırma mərasimində səhnəyə çıxaraq Tarkanla olan dialoqunu xatırlatması Ayşəni əsəbləşdirib. O, T.Əkinçinin məsələni uzatmaqla tərbiyəsizlik etdiyini deyib.

Bu sözdən hirslənən Tuba “Mən ana kimi sevdiyim birinin bu sözlərindən sonra onunla veriliş apara bilmərəm” deyərək proqramı tərk edib.

Xatırladaq ki, "Altın Kelebek"de Tuba səhnəyə çıxaraq hər kəsin gözü önündə Tarkana “Niyə məktəb tikdirmirsən” sualını vermiş, qarşı tərəf isə buna qısa cavab verərək bir daha o cür mərasimlərə qatılmayacağını bildirmişdi.