"Şəmiyə, Şoşuya baş qoşmaq niyyətim yoxdur"

"Şəmiyə, Şoşuya baş qoşmaq niyyətim yoxdur"
10582 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı İlkin Həsəninin həmkarı Mətanət Əliverdiyeva haqda süjet hazırlayan ANS telekanalının ünvanına səsləndirdiyi tənqidi ifadələrə cavab gecikməyib.

Axşam.az-ın məlumatına görə, aparıcının “Bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim. Bəs, hanı sizin jurnalist həmrəyliyiniz? Hanı dəqiqliyiniz, qərəzsizliyiniz?” sözlərinə video materialı hazırlayan jurnalist, ANS-in əməkdaşı Ləman Ələşrəfqızı sosial şəbəkədə cavab verib.

“Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə, Şoşuya baş qoşmaq niyyətim yoxdur. Getsin bozbaşını bişirsin. Mən sözümü dedim. Əks hücum da başa düşüləndir. İşinizdə olun”.