“İdman Azərbaycan“a yeni direktor təyin edildi

“İdman Azərbaycan“a yeni direktor təyin edildi
1102 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Arif Alışanov öz köməkçisi Fərman Orucovu "İdman Azərbaycan" Televiziyasının direktoru təyin edib.

Axşam.az xəbər verir ki, bu haqda məlumat AzNews.az-a AzTV-dən verilib.

Qeyd edək ki, Fərman Orucov AzTV-də uzun müddətdir çalışır. O, əvvəlki sədr Nizami Xudiyevin dövründən başlayaraq sədrin köməkçisi vəzifəsində işləyib.

Xatırladaq ki, Fərman Orucov Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər təşkilatının idarə heyətinin və Şurasının üzvüdür. O, 2011-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.