“Sirena Motors” möhtəşəm uduş kampaniyasının ilk mərhələsinə yekun vurub - fotolar

“Sirena Motors” möhtəşəm uduş kampaniyasının ilk mərhələsinə yekun vurub - fotolar
1611 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 16-da “Sirena Motors”un Xırdalan şəhərində yerləşən mərkəzi satış salonunda möhtəşəm uduş kampaniyasının ilk mərhələsi keçirilib.

Axşam.az-ın məlumatına görə, “Sirena Motors” kampaniyaya 2014-cü ilin fevralından etibarən start verib. Uduş kampaniyası çərçivəsində 10 ədəd avtomobil, 10 ədəd iPhone 5S, 10 ədəd noutbuk, 10 ədəd planşet, 10 ədəd fotoaparat uduş fonduna daxil edilib.

Xatırladaq ki, sözügedən kampaniya yalnız “Sirena Motors”dan avtomobil alan şəxslər üçün keçirilir. Mayın 16-da baş tutan lotereya çərçivəsində 4 avtomobil, 4 ədəd iPhone 5S, 4 ədəd noutbuk, 4 ədəd planşet, 4 ədəd fotoaparat oynanılıb. Tiraj komissiyasının üzvləri aparıcılar İlkin Həsəni, Doktor Ziya, Ağa Nadirov, Günay Firudinqızı, apa.az-ın redaktoru İlkin Əhmədov olublar. Tədbirin aparıcılığını Cavid Gül edib.

Sənət aləminin tanınmış simaları - əməkdar artist Elza Seyidcahan, müğənni Vüqar Muradov, Yaşar Yusub, Lamiyə Novruzova, Sofiya Şax, "Xəzər" TV-də yayımlanan "Həyat sən nə qəribəsən" serialının aktyor heyəti də lotereyada iştirak ediblər. Dj Ruller isə öz musiqi töhfələri ilə qonaqlara xoş anlar yaşadıb.

Lotereyanın ilk mərhələsində qalib gəlməyən kuponlar növbəti mərhələdə etibarlı sayılır. Lotereyanın növbəti mərhələsi sentyabrda keçiriləcək.

Qeyd edək ki, 2013-cü ildə yaranan “Sirena Motors” Çinin 7 nəhəng avtomobil şirkəti (Changan, GAC , BAİC, MG, GEELY, ZX AUTO və FAW markaları) ilə əməkdaşlıq edir və onların Azərbaycanda rəsmi distribütorudur. Ətraflı məlumat üçün 1630 qısa nömrəsinə müraciət edə bilərsiniz.