Prezident və xanımı Böyükşor bulvarının açılışında - fotolar

Prezident və xanımı Böyükşor bulvarının açılışında -  fotolar
3146 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, dövlət başçısı və xanımı əvvəlcə Böyükşor gölünün bərpasının ilkin mərhələsi çərçivəsində görülmüş işlərə dair stendə baxıb.

Sonra Prezident İlham Əliyev Böyükşor bulvarının və parkının rəmzi açılışını bildirən lenti kəsib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verib.

Bildirilib ki, bulvar və park ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib. Burada sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometrdir. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının ərazisini gəzib.

Qeyd olunub ki, gölün birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb. Gölə neft sularının daxil olmasının qarşısının alınması üçün 1570 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd gələcəkdə 8 zolaqlı avtomobil yolunun özülü olacaq. Bənd gölü iki hissəyə ayırır və layihənin mərhələli icrasına şərait yaradır. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.