Bakı meri yanmış binanın sakinləri ilə görüş keçirir

Bakı meri yanmış binanın sakinləri ilə görüş keçirir
1179 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda yanmış binanın sakinləri ilə görüş keçirir.

Axşam.az-ın APA-ya istinadən xəbərinə görə, görüş BŞİH-də təşkil olunub. Görüşdə H. Abutalıbov sakinlərə görülmüş işlər barədə məlumat verib, ayrılan kompensasiyanın onlara çatdırılacağını bildirib.

H. Abutalıbov bildirib ki, Azərbaycan prezidentinin sərəncamı var, yanan binanın təmiri çox yüksək səviyyədə aparılacaq:
 
“Əlimizdən gələni edəcəyik ki, dərdinizin müəyyən hissəsini üzərinizdən götürək. Ancaq bilirik ki, bu yanğında ölənlər heç vaxt yaddan çıxmayacaq”.

BŞİH başçısının sözlərinə görə, Bakıda yanğına həssas üzlüklə üzlənmiş 140-dək bina var və həmin bunların hamısının üzlüyü söküləcək:

“Qərara aldıq ki, bunların hamısı belə üzlükdən təmizlənsin. Bakı şəhərində belə üzlüklü bina qalmayacaq, həmin binalar ən yüksək səviyyədə təmir olunacaq”.

H. Abutalıbov əlavə edib ki, hökumət zərərçəkmişlərin narazı qalmaması üçün əlindən gələni edəcək:

“Düzdür, orda olan itkiləri qaytara bilməyəcəyik. Ancaq hüquq-mühafizə orqanları var və bu məsələ araşdırılacaq. Binadakı yanğına səbəb olanlar ölüm hökmünə layiqdirlər. Hətta düşünürəm ki, onlara bu da azdır. Bir az dözümlü olun, ürək sözlərini polisə şikayət edin, yazılı surətdə müraciət edin. Heç kimdən çəkinməyin. Ən yüksək vəzifəli şəxs də zindandan azad oluna bilməyəcək. Prezidentimiz də dedi ki, vəzifəsindən, mövqeyindən asılı olmayarq, günahkarlar cəzalarını alacaqlar”.

O qeyd edib ki, "ASAN Xidmət" sakinlərə pullarını bank hesablarından çıxarmaq üçün tezliklə sənəd verəcək.