Bu fotolar həyatını xilas etdi

Bu fotolar həyatını xilas etdi
3209 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərəli 32 yaşlı Elizabet Heyl 8 aylıq körpəsi Tomasın mobil telefonla şəkillərini çəkdikdən sonra qəribə mənzərə ilə qarşılaşıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ilk fotoda oğlunun gözünün birində işıq görən ana yenidən onun şəkillərini çəkib. Lakin yenə də körpəsinin sol gözündəki qəribəlikdən əmin olan Elizabet onu həkimə aparmaq qərarına gəlir. Müayinədən sonra məlum olur ki, Tomasın gözündə xərçəng xəstəliyi yayılıb. Dərhal uşağın müalicəsinə başlanılıb.

Tomasın kimyəvi terapiyaya müsbət reaksiya verdiyi deyilir. 5 yaşınadək uşaqlarda aşkarlanan xərçəngin bu növünün müalicəsi 95% körpədə uğurla nəticələnir.