"Heç kim rəqibim ola bilməz" - Elnur

"Heç kim rəqibim ola bilməz" -  Elnur
2672 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2015” təmsilçimiz Elnur Hüseynov Türkiyənin “Milliyət” qəzetinə açıqlama verib.

Axşam.az-ın məlumatına görə, ifaçı özünə heç bir ölkənin təmsilçisini rəqib görmədiyini deyib:

“Əgər səhnədə rəqib fikirləşsəm, mahnımı oxuya bilmərəm. İçimə pis enerji dolar. Səhnədə heç kim mənim rəqibim ola bilməz və deyil də. Ən önəmlisi insanların qəlbini qazana bilməkdir”.

Təmsilçimiz “O səs Türkiyə” yarışması ilə “Eurovision”u müqayisə edib. O bildirib ki, Türkiyədə olmaq və yarışmaq daha asan idi:

“Çünki dilimiz və mədəniyyətimiz birdir. Həm də dostlarım yanımda idi. Biz eyni hissləri keçiririk. Vyanada isə insanlar fərqlidir. Aralarında paxılı, əsəbi olanı var. Burada qalmaq daha çətindir”.