"Acun mənə hirslənib, telefonu söndürdü"

"Acun mənə hirslənib, telefonu söndürdü"
3355 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sərdar Ortaç prodüser, bir çox layihənin müəllifi Acun İlıcalının ondan küsməyinin səbəbini açıqlayıb.

Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, sənətçi qatıldığı radio proqramlarının birində olanları belə nəql edib:

“Mən vaxtilə veriliş aparanda indiki “Survivor” kimi reytinqdə hər zaman birinci yerə çıxırdıq. Sonra seriallar çoxalmağa başladı və bir qədər fasilə verməli oldum. 3-4 il əvvəl yenə bir proqram aparmaq istəyirdim. Bu zaman Acun mənə zəng vurdu ki, “O səs Türkiyə”də münsif olum. Mən də onu danışmaq üçün bir yerə dəvət etdim. Acun “Mən sənə işdən danışıram, sən məni harasa çağırırsan” deyib hirsləndi və telefonu söndürdü. “Bununla da “O səs Türkiyə” əldən çıxdı”.