Məşəl Ağdaşda - fotolar

Məşəl Ağdaşda -  fotolar
1735 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonuna gətirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Ağdaş şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi olub. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşılayıblar.

Avropa Oyunlarının rəmzi qapısında məşəli məşqçi-müəllim Rüstəm Şamilov qəbul edib. O, bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olduğu üçün qürur hissi keçirdiyini bildirərək deyib:
 
“Birinci Avropa Oyunlarının məşəlini Ağdaşda qəbul etmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizdə fərəh hissi oyadır”.

Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başlayıb. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə 3 kilometr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev Meydanına gəliblər.

Rayonun fəal gənclərindən biri, tələbə Səbinə Əlipaşayeva səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırıb.

Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.