İtalyan müğənni Bakıda yanan binanın qarşısında - fotolar

İtalyan müğənni Bakıda yanan binanın qarşısında - fotolar
5090 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ukrayinanın səsi” yarışmasında iştirak edən Vaqif Nağıyev və italyan müğənni İnqridin “Ümüd yağışı” adlı duetinin klip çəkilişləri ilə bağlı Bakıya səfər edib. 

Axşam.az-ın məlumatına görə, yaradıcı heyət mahnını mayın 19-da Bakıda baş verən faciədə həlak olanların xatirəsinə həsr etmək qərarına gəlib.

Bəstəkar Gövhər Həsənzadə, İnqrid, V.Nağıyev və klipin yaradıcı heyyəti yanan binanın qarşısına gedib, həlak olanların xatirəsini yad edib, gül qoyublar.

Onlar daha sonra xəstəxanaya yollanaraq, faciədə zərər çəkmiş insanlara baş çəkiblər.

Onlar bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veriblər.

Qeyd edək ki, “Ümüd yağışı” mahnısının sözləri Gövhər Həsənzadəyə, musiqisi Alxanlıya, aranjımanı isə Yaşar Baxışa aiddir.

FOTO: Ramin ASLANOV