"Maşın"dan getdi - video+foto

"Maşın"dan getdi - video+foto
14832 dəfə oxunub
  • A-
  • A
  • A+

"Maşın" şounun növbəti buraxılışında iştirakçıların gizli səsverməsi nəticəsində müğənni Xatirə İslama yarışmanı tərk etməyə namizəd olub.

Axşam.az-ın məlumatına görə, müəllifi və aparıcısı Murad Dadaşov olan proqramda Xatirə səs yığacağı təqdirdə aktrisa Mehriban Xanlarovanı çıxaracağını deyib. Bundan sonra iki xanım iştirakçı arasında qalmaqal başlayıb.

M.Xanlarova da tamaşaçılardan Xatirə üçün "getsin"ə səs verməyi xahiş edib. O, avtomobilə çox ehtiyacı olduğunu bildirib.

Sonda müğənni 64.14% səs yığaraq aktrisanı yarışmadan uzaqlaşdırıb.

Şouda iştirakını davam etdirənlər müğənnilər Emil Bədəlov, X.İslam, Samir Cavadzadə, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist Anar Ağakişiyevdir.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.