Yanan binadan dəhşətli fotolar

Yanan binadan dəhşətli fotolar
12803 dəfə oxunub
  • A-
  • A
  • A+

İçəri müharibə meydanını xatırladır

Bakının Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda mayın 19-da baş vermiş yanğının izləri davam edir. Dünəndən etibarən bina sakinləri salamat qalan əşyalarını yığışdıraraq kirayə qaldıqları, müvəqqəti məskunlaşdıqları evlərə aparırlar.

Jurnalistlərə isə binanın içərisinə daxil olub, çəkiliş aparmağa icazə verilmir.

Axşam.az xəbər verir ki, “Yeni Müsavat”ın yanan bina ərazisində olan əməkdaşı dəfələrlə binanın içinə keçməyə cəhd etsə də, ona “prokurorun icazəsi olmadan mümkün deyil” cavabı verilib. Qəzetin əməkdaşı da bina sakinlərindən daxili görüntülər üçün xahiş edib. Onlardan bəziləri müxtəlif mərtəbələrdə, evlərin, blokun yanğından necə xəsarət aldığını telefonun yaddaşına köçürüb.

Həmin fotoları təqdim edirik.