Jurnalistlərin binasında da üzlüklər sökülür - foto

Jurnalistlərin binasında da üzlüklər sökülür -  foto
1425 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Səbail rayonunda Jurnalistlər Evinin üzlüyünün sökülməsinə başlanılıb.

Axşam.az-ın report-a istinadən xəbərinə görə, binanın örtüyünün yanğına həssas material olduğu müəyyənləşdirilib.

Bundan sonra üzlüyün sökülməsinə qərar verilib.

Qeyd edək ki, Bakıda bu materialla üzlənmiş 140 bina var, həmin binaların üzlüyünün sökülməsinə başlanılıb.

Xatırladaq ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.