Yayda necə qidalanaq, nələrə diqqət edək? – dietoloqla müsahibə

Yayda necə qidalanaq, nələrə diqqət edək? – dietoloqla müsahibə
3280 dəfə oxunub
  • A-
  • A
  • A+

Havaların isinməsi, çimərlik mövsümünün yaxınlaşması xanımların artıq çəkidən xilas olma istəyini daha da artırır.

Həkim-dietoloq Ləman Süleymanova Axşam.az-a müsahibəsində arıqlamaq arzusunda olanlara, sağlam qidalanmaq istəyənlərə öz məsləhətlərini verib.

- Yay mövsümü yaxınlaşır. İnsanlara bu mövsümdə qidalanma ilə bağlı nələri tövsiyə edirsiniz?

- Qalın geyimlərdən çıxdıqca, artıq piy daha çox diqqət çəkir. Sevindirici haldır ki, insanlar indi mütəxəssislərə daha çox müraciət edirlər. Ötən il həkim məsləhəti ilə arıqlamaq istəyənlər arasındakı göstərici nisbətən az idi. Havalar isindikcə yağlı qidalara təlabat azalır. Yüngül yeməklərə üstünlük veririk. Soyuq havada yağlı qidalar tez həzm olunur. Yayda isə bu cür yeməklərin həzm olunma prosesi 12 saat ərzində gedir. Bu isə piylənməyə gətirib çıxarır. Az-az və tez-tez yemək lazımdır. Yeməklər yaxşı çeynənilməlidir. Meyvə və tərəvəzlər çox yeyin. Ancaq meyvələri yeməkdən dərhal sonra qəbul etmək olmaz. Bu, köp yaradır, turşuluğun artmasına səbəb olur. Əvvəl meyvəni yeyin, sonra yemək. Zehni qabiliyyəti gücləndirmək üçün meyvə şirələri için. Yayda çoxlu maye qəbul edin. Su ehtiyatını çayla ödəməyə çalışmayın.

- Bəs, nələri yemək olmaz? Bu mövsümdə insanı kökəldən qidalar hansılardır?

- İnsan orqanizmi üçün zülal vacibdir. Qida boşqabımız zəngin olmalıdır: zülal, vitamin, mineral, karbohidrat, yağ. Zülallar həm heyvan, həm də bitki mənşəli olur. Qışda ət məhsullarına üstünlük verilir. Yayda isə bitki mənşəli zülal qəbul edilməlidir. Çalışıb paxlalı bitkilər yeyin. Tərəvəz, toyuq şorbaları için. Yayda kərə yağı həzm olunmur, orqanizmdən sovrulmur. Buna görə də yeməkləri bitki yağı ilə hazırlayın. Quzu ətini qida rasionunuzdan tamamilə çıxarın. Əsasən də şəkər, təzyiq, ürək-damar xəstəliyi olanlar bundan uzaq durmalıdırlar. Ət yeməkləri hazırlayarkən içərisinə tərəvəzlər də qatın. Yumurtadan az istifadə edin. Mədə-bağırsaq problemi olanlar isə tamamilə yumurtadan imtina etməlidir. Zehni artırmaq və boyu uzatmaq üçün yay meyvələrindən yeyin.

- Belə fikirlər var ki, digər mövsümlərə nisbətən yayda arıqlamaq daha asandır. Hava isti olduğu üçün tərləyirik və müəyyən qədər çəki itiririk. Bu nə dərəcədə doğrudur?

- Bir çox insanlar var ki, onlarda tərləmə güclüdür. Məhz buna görə də yayda arıqlamaq daha asanlaşır. Bu, normaldır. Amma arıqladıqdan sonra qidaya fikir verməsəniz, çəki ikiqat artıq geri qayıdacaq.

- İnsanlar yay mövsümündə dondurmaya daha çox üstünlük verir. Dondurma insanı kökəldirmi?

- Dondurmanı hamı sevir. Amma mən heç vaxt xoşlamamışam. Yayda aktual ola bilər. Amma dietoloq kimi məsləhət görürəm ki, dondurmanı evdə özünüz hazırlayın. Xaricdən gətirilən dondurmaları
yeməyin. Daha çox yerli məhsullara üstünlük verin. Hansısa bir qidanı çox sevib, tez-tez yeməyin. Xoşladığınız qidanı həftədə bir dəfə yemək kifayət edər. Orqanizmdə toksinlər toplanacaq və asılılıq yaradacaq. Üç gün dalbadal dondurma yemək çəkini 2 kiloqram artıracaq.

- Gün ərzində oturaq həyat keçirənlərə sözünüz nədir?

- İdmanla məşğul olmaq lazımdır. Bu insanlar özlərini xərçəng xəstəliyindən sığortalayırlar. İdmançı qadınların döş xərçənginə yoluxma riski azdır. Oturaq həyat tərzi keçirənlərin bağırsaqlarında xəstəliklər baş qaldıracaq. Ən gözəl idman ayaqla gəzməkdir. Bu, asılılıq yaratmır, qan dövranını normaya salır. Əsasən də yaz-yay mövsümündə dənizkənarı bulvarda gəzmək orqanizmə çox xeyirlidir. Bununla həm də yod qəbul edirik. Hər hansısa xəstəliklərdən əziyyət çəkən insanlar isə yayda daha da ehtiyatlı olmalıdırlar. Çünki narahatçılıq bir qədər də baş qaldırır. Diabet, ürək-damar xəstəliyi olanlar günorta açıq havada gəzməsinlər. Ya səhər tezdən, ya da axşam saatlarında havaya çıxsınlar. Günorta ağır işlər görməsinlər.

Həkim-dietoloq Ləman Süleymanova ilə əlaqə:

Ünvan:
“İnternational Medical Center" 2,  Aşıq Molla Cümə küçəsi, 11 b

Telefon: (050) 224 94 98, (070) 266 55 74, (012) 566 55 78