Mehriban Əliyevanın maraqlı kolleksiyası

Mehriban Əliyevanın maraqlı kolleksiyası
14092 dəfə oxunub
  • A-
  • A
  • A+

Leyla Əliyevanın təsisçisi və baş redaktoru olduğu “Baku” jurnalı bu dəfə birinci xanım Mehriban Əliyevanın kolleksiya həvəskarı olmasından yazıb.

Axşam.az “qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalda şərq təqvimi ilə əjdaha ilində doğulan birinci xanımın əjdaha rəsmlərini topladığı qeyd edilib.

Mehriban Əliyeavın kolleksiyasında bahalı eksponatlarla yanaşı, çox da baha olmayan eksponatlara rast gəlmək olar. Birinci ledinin xüsusi diqqət ayırdığı və hər birinin öz hekayəsi olan eksponatlar isə onlar üçün ayrılmış parlaq şüşəli rəflərdə saxlanılır.