Yanan binanın təmiri 5 aya yekunlaşacaq - video

Yanan binanın təmiri 5 aya yekunlaşacaq -  video
1647 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda yanğın baş verən çoxmərtəbəli binada aparılan təmir-bərpa işləri 5 aya yekunlaşacaq. 

Axşam.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini, binada yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov bildirib.

A. Şərifov qeyd edib ki, artıq binada təmir-bərpa işlərinə start verilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunun Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.